Meteoritlərdən birində Dünya üzərindəki ən qədim maddə kəşf edildi

Nəticələri "Procéédings of the National Academy of Sciences" jurnalda yayımlanan araştırmada Günəşdən və Günəş sistemindən daha qədim mineral hissəciklərin təxminən 4.6 milyard il əvvəl təşkil tapdığı bildirilib.

1340576

Amerikalı və isveçrəli mütəxəssislər tədqiq etdikləri 40 hissəcikdən bəzilərinin 5 ila 7 milyard yaşında olduğunu, bu vəziyyətin hissəcikləri dünyanın ən qədim maddələri halına gətirdiyini açıqlayıblar.

Çikaqo Universitetinin alimi, araşdırma qrupunun lideri Philipp Heck mineral hissəcikləri üçün "Ulduzların həqiqi nümunələri əsl ulduz tozudur” ifadəsini işlədib.

Kiçik və orta irilikdəki ulduzlar ömrünün sonuna yaxınlaşanda qırmızı nəhənglərə çevrilir və xarici təbəqələri partlayır. Astronomlar maddənin bu genişlənən buludlarını planetar nebula (duman) kimi adlandırırlar.

Vaxt keçdikcə planetar dumanlıqdakı maddələr soyuyur, qatılaşır və toz və mineral hissəciklərini əmələ gətirir. Yerə düşmüş bəzi meteoritlərdə bu hissəcikləri mühafizə edir.

Әlaqәli Xәbәrlәr