NASA astronavtlı ilk uçuşunu reallaşdırdı

Qeyd edək ki, NASA 2011-ci ildən öz uçuş layihəsini təxirə saldığı üçün astronavtlarını kosmos stansiyasına göndərmək üçün Rusiyanın “Soyuz” kosmik vasitələrindən istifadə edirdi

1426467
NASA astronavtlı ilk uçuşunu reallaşdırdı

 

  Amerika Birləşmiş Ştatlarının “SpaceX” kosmik şirkəti "Crew Dragon" kosmik raketilə insanlı ilk uçuş sınağını müvəffəqiyyətlə reallaşdırdı.

  Amerikanın Kosmos və Havaçılıq İdarəsi - NASA və Kaliforniya mərkəzli “SpaceX” kosmik şirkəti tərəfindən həyata keçirilən tarixi uçuş Floridadakı Kennedi Kosmos Mərkəzindən 30 may ABŞ şərq saatı ilə 15.22-də baş verdi.  

  Uğurla reallaşan tarixi insanlı uçuş və yenidən istifadə edilə bilən raketlə olan kosmik səfər nəticəsində artıq NASA orbitdəki Beynəlxalq Kosmos Stansiyasına astronavt göndərmək üçün hər dəfə Rusiyaya bir oturacaq üçün 85 milyon dollar ödəməyəcək.

  Qeyd edək ki, NASA 2011-ci ildən öz uçuş layihəsini təxirə saldığı üçün astronavtlarını kosmos stansiyasına göndərmək üçün Rusiyanın “Soyuz” kosmik vasitələrindən istifadə edirdi.



Әlaqәli Xәbәrlәr