NASA "Opportunity" ilə vidalaşdı

Amerika Birləşmiş Ştatlarının Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyi (NASA) 15 ildir  Marsın səthində kəşfiyyat  aparan  "Opportunity" zondunun araşdırma missiyasını başa vurduğunu bildirdi.

1145354
NASA "Opportunity" ilə vidalaşdı

Amerika Birləşmiş Ştatlarının Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyi (NASA) 15 ildir  Marsın səthində kəşfiyyat  aparan  "Opportunity" zondunun araşdırma missiyasını başa vurduğunu bildirdi.
 
 NASA internet saytından verdiyi açıqlamada 2018-ci ilin iyun ayında Marsdakı qum fırtınasında Yer kürəsi ilə əlaqəsi kəsilən "Opportunity" ilə yenidən əlaqə qurmaq üçün göstərilən səylərin nəticəsiz qalmasından sonra kəşfiyyat vasitəsinin missiyasına son verildiyini bildirdi.
 
 Açıqlamada NASA-nın ABŞ-ın Kaliforniya ştatındakı Reaktiv Təcrübə Laboratoriyasının mühəndislərinin ən son 10 iyunda Yer kürəsi ilə əlaqə quran "Opportunity"ni canlandırmaq üçün apardıqları son sınağın də nəticəsiz qaldığı, günəş enerjisi ilə işləyən zondun panellərinin fırtınadan sonra qum örtüyü altında qaldığının güman edildiyi qeyd edildi.
 
 NASA-nın Elmi Missiyalar Departamentinin direktoru Tomas Zurbuhen (Tomas Zurbuchen) "Opportunity"nin i 15 illik kəşfiyyat fəaliyyəti sayəsində bəşəriyyətin ilk dəfə Marsın məlum olmayan tərəfləri haqqında məlumat əldə edildiyini, "qırmızı planet"də su izlərinin tapdıldığını və həyat ehtimalının dəyərləndirildiyini bildirdi.
 
 "Opportunity" zondu 2012-ci ildə Marsa enən "Curiosity" və 2018-ci ildə endirilən seysmik tədqiqat vasitəsi "İnsight "kimi NASA-nın səthinin sonrakı kəşf missiyalarına zəmin hazırlamışdı.



Әlaqәli Xәbәrlәr