NASA “Perseverance"in görüntüsünü paylaşıb

NASA Marsdan gələn ilk yüksək dəqiqlikli görüntü paylaşıb

1590565
NASA “Perseverance"in görüntüsünü paylaşıb

 

  NASA-nın sosial şəbəkə hesabında “Qırmızı planet”in panoramik şəkli paylaşılıb. Bildirilib ki, bu, yüksək dəqiqlikli görüntü “Perseverance” (“Əzm”) kosmik gəmisi göndərildikdən sonra əldə edilib. Görüntüdə planetdəki qədim çayın deltası və uçurum əksini tapıb. 

  Qeyd edək ki, bir neçə gün əvvəl NASA-nın kosmosa göndərdiyi “Perseverance” (“Əzm”) kosmik gəmisi Marsa eniş edib. Daha sonra NASA kosmik gəminin Marsa enişini əks etdirən görüntüləri yayınlayıb. Görüntülərdə Marsdan gələn ilk səs də eşidilib.



Әlaqәli Xәbәrlәr