"Oktyabr ayında vaksin hazırlanmasına ümid edirik", M.Baçmann

İsveçrənin Bern Universitetinin immunologiya üzrə professoru Martin Baçmann yeni növ koronavirusa yoluxan xəstələrdə istifadə etmək üçün oktyabr ayında vaksin hazırlanmasına ümid etdiklərini bildirib.

1402386
"Oktyabr ayında vaksin hazırlanmasına ümid edirik", M.Baçmann

İsveçrənin Bern Universitetinin immunologiya üzrə professoru Martin Baçmann yeni növ koronavirusa yoluxan xəstələrdə istifadə etmək üçün oktyabr ayında vaksin hazırlanmasına ümid etdiklərini bildirib.

İngiltərənin Oksford Universitetində də xidməti fəaliyyət göstərmiş M.Baçmann BMT-nin Cenevrədəki ofisində quruma akkreditə olunmuş mətbuat nümayəndələri üçün təşkil olunan konfransda çıxış edib.

İsveçrənin vaksin şirkəti olan Saiba ilə "Covid-19"a yoluxan xəstələr üçün "aylar ərzində" bir vaksin hazırlanması üçün birlikdə çalışdıqlarını deyən Baçmann "İsveçrə və bütün dünya üçün bir çıxış yolu tapmaq istəyirik. Bu işdə uğur əldə etmək üçün şansımızın olduğuna inanıram" deyə söyləyib.

Saiba Şirkətinin Əməliyyat direktoru və biokimyaçı alim Gari Jennings də vaksin sınağında istifadə olunacaq namizədlər üçün hazirlaqların bu ayın sonunda yekunlasacagini bildirib. Hər iki elm adamı hazırlanacaq vaksinin "I və II faza" mərhələlərində oktyabr ayından etibarən bütün İsveçrə xalqının istifadəsinə hazır olacağına ümid etdiklərini vurğulayıb.

Digər tərəfdən, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus təşkilatın Cenevrədəki ofisində videokonfrans vasitəsilə keçirilən mətbuat konfransında mövzu ilə əlaqədar sualı cavablandırıb.

Bildirib ki, vaksin hazırlanması müddətinin sürətləndirilməsi və vaksinin ədalətli şəkildə paylanması istiqamətində çalışırlar. ÜST-nin vaksin məsələsində bir çox "ortaqla" çalışdığını deyən Gebreyesus yaxın günlərdə vaksinə bağlı cəhdlər haqqında məlumat veriləcək.

ÜST- nin Fövqəladə Hallar Programınin direktoru Mike Ryan isveçrəli alimlərin dediyi vaksin tutacağı halda bu, dünyanın nəsillərdir gördüyü ən böyük sağlamlıq, siyasi və iqtisadi müvəffəqiyyətlərdən biri olacağını deyib.

ÜST-nin "Covid-19"a qarşı mübarizə komandasının rəhbəri Mariya Van Kerxove də vaksinin əldə olunması ilə bağlı araşdırmaları məmnuniyyətlə qarşılaşdıqlarıni bildirib.



Әlaqәli Xәbәrlәr