“Peak” və “Zynga” birləşdi

Türkiyənin oyun firması “Peak” şirkət hissələrini 1,8 milyard dollara ABŞ-ın “Zynga” (ZNGA) firmasına təhvil verərək böyük bir müqaviləyə imza atdı

1427393
“Peak” və “Zynga” birləşdi

 

  Türkiyənin oyun firması “Peak” şirkət hissələrini 1,8 milyard dollara ABŞ-ın “Zynga” (ZNGA) firmasına təhvil verərək böyük bir müqaviləyə imza atdı.

  “Peak”in qurucusu və İdarə Heyətinin sədri (CEO) Sidar Şahin sözügedən mövzu ilə bağlı deyib: "Bu gün gəldiyimiz mərhələ bütün Türkiyə üçün qürurvericidir. Biz hamımız bilirik ki, bu, hələ yolun başlanğıcıdır. “Zynga” ilə davam edəcəyimiz bu yolda birlikdə daha da güclənəcək və inkişaf edəcəyik".

  “Zynga” İdarə Heyətinin sədri (CEO) Frenk Qibo (Frank Gibeau) öz növbəsində bunları söyləyib: "Peak”ə “Aramıza xoş gəldin” deməkdən məmnunluq duyuruq. “Peak” dünyanın ən yaxşı ”puzzle” oyununu inkişaf etdirən firmalardan biridir. Belə bir qrupa yaradıcı və həvəslə çalışan komanda ilə dəstək olmaq, irəli aparmaq bizi sevindirir. “Toon Blast” və “Toy Blast”ın iştirakıyla siyahılarda üst sıralarda olan oyun ədədimizi 8-ə çıxarmaq qlobal istifadəçi sayımızı inanılmaz şəkildə artırır. Yaxın gələcəkdə yeni layihələrə hazırlaşırıq. “Peak” və “Zynga” birlikdə daha sürətlə inkişaf edəcək."

  “Peak” Strategiya İdarəsinin direktoru Ömər İnönü də deyib: "10 il içində qlobal mobil oyun sektorunun nəhənglərindən birini Türkiyədən ortaya çıxardıq. Bu həm “Peak”, həm də ölkəmiz üçün həqiqətən qürurvericidir…  Şirkətin yalnız ortaqlıq quruluşu dəyişir. Fəaliyyət qrupu və rəhbərliyində heç bir dəyişiklik olmadan, bir Türkiyə şirkəti kimi öz markamız altında davam edəcəyik.”



Әlaqәli Xәbәrlәr