Peyvəndlər yeni növ koronavirus variantlarına qarşı 90 faizə qədər qoruma təmin edir

İsrail alimləri peyvəndlərin yeni növ koronavirus (Covid-19) variantlarına qarşı 90 faizə qədər qoruma təmin etdiyini bildiriblər.

1741379
Peyvəndlər yeni növ koronavirus variantlarına qarşı 90 faizə qədər qoruma təmin edir

İsrail alimləri peyvəndlərin yeni növ koronavirus (Covid-19) variantlarına qarşı 90 faizə qədər qoruma təmin etdiyini bildiriblər.

İsrailin səhiyyə naziri Nitzan Horovitz son 6 ayda iki dəfə peyvənd və “buster doza ilə vaksin olunanların "Omicron" variantından qorunduğunu açıqlayıb.

N.Horovitz "Yaxın günlərdə "Omicron"a qarşı peyvəndin effektivliyi haqqında daha dəqiq məlumat əldə edəcəyik, lakin biz artıq optimistik və peyvənd olunanlar da "buster" doza ilə bu variantdan qorunacaqlar" deyib.

İsrail xəbər kanalı da "Pfizer" peyvəndinin "Omicron" infeksiyasının qarşısının alınmasında 90 faiz təsirli olduğunu, lakin peyvənd olunmayanların ciddi simptomlar inkişaf etdirmə ehtimalının 2,4 qat daha çox olduğunu göstərən bir hesabat açıqlayıb.

İsraildə görülən iki "Omicron" hadisəsinin Şeba Tibb Mərkəzində işləyən iki həkim olduğu bildirilib.

Digər tərəfdən, Almaniyanın növbəti səhiyyə naziri olmağa hazırlaşan klinik epidemioloq, professor Karl Lauterbax erkən hesabatların "Omicron" variantının Milad hədiyyəsi ola biləcəyini və hətta epidemiyanın sonunu sürətləndirə biləcəyini söyləyib.



Әlaqәli Xәbәrlәr