“Pfizer” ilə “BioNTech” Avropaya peyvənd tədarükünü azaldır

ABŞ-ın “Pfizer” əczaçılıq şirkəti ilə “BioNTech” şirkəti koronavirusa qarş peyvəndin Avropaya tədarükünü gələn həftədən müvəqqəti olaraq azaldacaq.

1564783
“Pfizer” ilə “BioNTech” Avropaya peyvənd tədarükünü azaldır

ABŞ-ın “Pfizer” əczaçılıq şirkəti ilə Türk elm insanı Prof. Dr. Uğur Şahinin qurucusu olduğu “BioNTech” şirkəti koronavirusa qarş peyvəndin Avropaya tədarükünü gələn həftədən müvəqqəti olaraq azaldacaq.

Şirkətlərin birgə bəyanatında bunda səbəb kimi  2021-ci il üçün illik istehsal gücünün 1,3 milyard dozdan 2 milyard dozayadək artırmağı qarşıya məqsəd qoyaraq texnoloji dəyişikliklərin aparıldığı göstərilir.

Bunun yanvar ayının axırından fevral ayının əvvəlinə qədər olan müddəti əhatə etdiyi bildirilib və  Avropaya tədarükün gələn həftədən müvəqqəti olaraq azaldılacağı vurğulanıb. 

Digər tərəfdən, "BioNTech" Almaniyanın Marburq şəhərindəki objektində "Covid-19" əleyhinə vaksin istehsalı üçün təsdiq alıb. 

Vaksin istehsalının nə vaxt başlayacağına "BionNTech" qərar verəcək.

 



Әlaqәli Xәbәrlәr