Qan analizilə bir dəfədə 20 xərçəng növü aşkar edilə bildi

Amerikalı elm adamları inkişaf etdirdikləri qan analizilə bir dəfədə olmaqla 20 xərçəng növünü yüksək dəqiqliklə aşkar edə bildilər.

1279016
Qan analizilə bir dəfədə 20 xərçəng növü  aşkar edilə bildi

Amerikalı elm adamları inkişaf etdirdikləri qan analizilə bir dəfədə olmaqla 20 xərçəng növünü yüksək dəqiqliklə aşkar edə bildilər.

Harvırd universiteti Dana-Farber xərçəng institutunun saytında yer alan xəbərə görə, xüsusi Grail anonim şirkəti tərəfindən hazırlanan qan analizilə elm adamları 20-dən çox xərçəng növünü yüksək dəqiqikliklə müəyyən edə bildi.

DNT-də genlərin aktivləşməsinə təsir edən kimyəvi vahidlərdən "metilasya" axtaran bir ardıcıllıqla istifadə edən araşdırmaçılar min 530-u xərçəngli, 2 min 53 qan xərçəngi diaqnozu qoyulmamış, 3 min 583 adamdan qan nümunələrindəki analizlərdə xərçəng xəstələrində və xərçəngin başladığı toxumanı düzgün aşkar edə bildi.

Analizin xərçəng olacağı təqdirdə müsbət nəticə vermə nisbəti 99,4 olduqda, hansı toxumadan qaynaqlandığını düzgün müəyyən etmə nisbəti 89 faiz olaraq reallaşdı.

Fəaliyyəti göstərən araşdırmaçılardan Geofrey Oknard metilasiya əsaslı analizlərin ənənəvi maye biopsiyalarda edilən DNT-dəki genetika mutasiyaların aşkar edilməsindən daha təsirli olduğunu qeyd etdi.

Tədqiqatın nəticələri Avropa Tibbi Onkologiya Birliyinin 2019 Konqresində təqdim edildi.



Әlaqәli Xәbәrlәr