Rusiyada korona virusuna yoluxanların müalicəsi üçün preparat təqdim edildi

Rusiyada koronavirus infeksiyasına yoluxmuş xəstələrin müalicəsi üçün preparat təqdim edilib

1386787
Rusiyada korona virusuna yoluxanların müalicəsi üçün preparat təqdim edildi

 

 

  Rusiya Federal Tibbi-Biologiya Agentliyi (RTBA) korona virusuna yoluxmuş xəstələrin müalicəsi üçün “Mefloxin” preparatını təqdim edib.

  Agentliyin məlumatında deyilir: “Preparat Çində və Fransada “Covid-19” infeksiyasının müalicə təcrübəsi əsasında hazırlanıb. “Mefloxin” korona virusunun tsitopatik təsirini bloklayır, iltihab prosesinin aktivləşməsinin qarşısını alır ki, bu da virusa yoluxmuş xəstələri müalicə etməyə imkan verir”.

 

Mənbə: Azertag.az



Әlaqәli Xәbәrlәr