Sabiha Gökçen hava limanına “Gold” (qızıl) səviyyəsində sertifikat

İstanbul Sabiha Gökçen beynəlxalq hava limanı terminal binası ABŞ Yaşıl Binalar Şurası  (U.S. Green Building Council - USGBC) tərəfindən verilən LEED sertifikatını “Gold” (qızıl) səviyyəsində almaq hüququ əldə edib.

1339963

31 dekabr 2009-cu ildə istifadəyə verilən və keçən il təqribən 36 milyon sərnişini qonaq edən İstanbul Sabiha Gökçen hava limanı terminal binası 1998-ci ildən bəridir ABŞ Yaşıl Binalar Şurası  (U.S. Green Building Council - USGBC) tərəfindən verilən LEED sertifikatını qazanıb.

Ekologiya dostu tətbiqlər, daxili məkan şərtləri və yüksək nisbətlərdə enerji, su və xammala qənaət kimi meyarları qiymətləndirən LEED Sertifikasiya Sistemi İstanbul Sabiha Gökçen terminal binasının ictimai nəqliyyatı cazibəli hala gətirərək karbon buraxılmasının azalmasına dəstək verməsi, enerji məhsuldarlığını artırması və gün işığından daha çox istifadə edilməsi kimi xüsusiyyətlərinə vurğu edilərək LEED Sertifikatının “Gold” kateqoriyasında verilməsi qərara alınıb.

İstanbul Sabiha Gökçen hava limanı binasına verilən LEED sertifikatını dünyada Nyu-Yorq York JFK (ABŞ), Nyu-Yorq La Guardia (ABŞ) , San Diego (ABŞ), Ciddə Kral Əbdüləziz (Səudiyyə Ərəbistanı), Zaqreb (Xorvatiya) hava limanları ilə yanaşı Türkiyədən də İzmir Adnan Menderes hava limanı daha əvvəl qazanmışdı.

Әlaqәli Xәbәrlәr