Sibirdə 24 min ildir yaşayan canlı tapıldı

Rusiyanın Puşinski Elmi Araşdırmalar Mərkəzinin alimləri Sibir bölgəsində tədqiqat apararkən...

1654078
Sibirdə 24 min ildir yaşayan canlı tapıldı

 

  Sibirdə donmuş torpaq təbəqəsində çoxhüceyrəli mikroskopik bir canlının 24 min ildir yaşadığı kəşf edilib.

  Rusiyanın Puşçino Elmi Araşdırmalar Mərkəzinin alimləri Sibir bölgəsində tədqiqat apararkən yığdıqları donmuş torpaq nümunəsində "Bdelloid rotifer" adlı mikroskopik canlı tapıblar.

  Qazma yolu ilə əldə edilən nümunənin içərisində donmuş halda bu çoxhüceyrəli orqanizmi araşdıran alimlər canlının həyat funksiyasının davam etdiyini görüblər.

  Orqanizmin yaşını təyin etmək üçün radio-karbon testləri aparan tədqiqatçılar canlının yaşının 24 min il olduğunu müəyyən ediblər.

  Araşdırma qrupundan Stas Malavin elmi işin çoxhüceyrəli heyvanların kriptobiyoz halında on minlərlə il yaşaya biləcəklərini isbat edən çox güclü bir dəlil olduğunu söyləyib.    



Әlaqәli Xәbәrlәr