Siqaret çəkənlərin "Covid-19" infeksiyasından müalicə prosesi daha çətin keçir

Siqaret çəkməyin immun sistemin reaksiyasını azaldaraq yeni növ koronavirus (Covid-19) infeksiyasının ağır keçmə riskini artırdığı bildirilib.

1530246

Kaliforniya universitetinin (UCLA) alimləri tərəfindən laboratoriya şərtlərində insan kök hüceyrələrindən hazırlanmış tənəffüs modelləri üzərində aparılan araşdırma siqaret çəkməyin interferon adlanan əsas immunitet molekullarının düzgün işləməsinin qarşısını aldığını ortaya qoyub.
"Daily Mail" xəbərinə görə, araşdırma siqaretin virusa yoluxmuş hüceyrələrin sayının üç dəfə artmasına səbəb olduğunu aşkar edib.
Tədqiqat qrupundan Dr Brigitte Gomperts "Hava yollarını bir qalanı qoruyan hündür divarlar kimi düşünsək, siqaret çəkmək bu divarlarda deşik açmağa oxşayır. Siqaret çəkmək təbii qorumanı azaldır və virusun yerləşməsinə imkan verir" deyə bildirib. 

Әlaqәli Xәbәrlәr