“Soyuz-15” gəmisi Beynəlxalq Kosmik Stansiyaya birləşib

Bu barədə “Roskomos”un məlumatında qeyd olunub.

1276990
“Soyuz-15” gəmisi Beynəlxalq Kosmik Stansiyaya birləşib

Sentyabrın 25-də Qazaxıstandakı Baykonur kosmodromundan kosmosa göndərilən və göyərtəsində ilk ərəb astronavtın da olduğu “Soyuz-15” gəmisi Beynəlxalq Kosmik Stansiyaya birləşib.

Bu barədə “Roskomos”un məlumatında qeyd olunub.

Məlumata görə,  Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ilk astronavtı Həzaa əl-Mənsuri ilə yanaşı, kosmik gəminin ekipajına rusiyalı kosmonavt Oleq Skripoçka və NASA-nın astronavtı Cessika Meir də daxildir.

Beynəlxalq Kosmos Stansiyasında rusiyalı  kosmonavt Aleksandr Skvortsov, amerikalı astronavt Endryu R. Morqan və Avropa Kosmik Agentliyinin  astronavtı italiyalı Luka Parmitano var.
 
NASA, ROSCOSMOS, ESA, Kanada Kosmik Agentliyi CSA və Yaponiyanın  Kosmos Araşdırma Agentliyi JAXA-nın birgə istifadə etdiyi  Beynəlxalq Kosmik Stansiyasında  elmi təcrübələr və  kosmik tədqiqatlar aparılır..



Әlaqәli Xәbәrlәr