Təsdiqlənmiş peyvəndlər “Covid-19”un bütün növlərinə qarşı qoruyur

Avropa İttifaqının dərman tədarükçüsü Avropa Dərman Agentliyi (EMA) bildirib...

1660229
Təsdiqlənmiş peyvəndlər “Covid-19”un bütün növlərinə qarşı qoruyur

 

  Avropa İttifaqının dərman tədarükçüsü Avropa Dərman Agentliyi (EMA) təsdiqi verilmiş peyvəndlərin yeni tip koronavirusun (Covid-19) ABŞ-da görünən bütün növlərinə qarşı qoruduğunu bildirib.

  EMA-dan verilən şərhdə yazılır: “Çinin “Sinovac” firması tərəfindən inkişaf etdirilən və Türkiyədə də istifadə olunan peyvəndin qiymətləndirmə müddəti davam edir.

  Amerika Birləşmiş Ştatlarının dərman firması “Moderna” peyvəndinin 12-17 yaşlarda olan gənclərə vurulub-vurulmayacağı müzakirə olunur.

  Son zamanlar “AstraZeneca” ilə bağlı dezinformasiya gedir. Amma sözügedən peyvənd hələ təsdiqlidir, qərar dəyişməyib.

  Təsdiqlənmiş peyvəndlərin virusun ABŞ-da görünən bütün növlərinə qarşı qoruduğu bilinir.

  “mRNA” texnologiyası əsasında hazırlanan peyvəndlərdən sonra edilən ürək əzələsi və pərdəsi iltihabı şikayətləri araşdırılır. Hələ səbəb-nəticə əlaqəsi qurmaq üçün kafi məlumat əldə edilməyib."



Әlaqәli Xәbәrlәr