“TEKNOFEST” İstanbul rekord iştirakçı sayı ilə sona çatdı

İstanbulda Türkiyənin ən böyük texnologiya tədbiri olan “TEKNOFEST” rekord iştirakçı sayı ilə dünən sona çatdı.

1274679
“TEKNOFEST” İstanbul rekord iştirakçı sayı ilə sona çatdı

İstanbulda Türkiyənin ən böyük texnologiya tədbiri olan “TEKNOFEST” rekord iştirakçı sayı ilə dünən sona çatdı.

Festivalı 6 gündə 1 milyon 720 min insan gəzdi.

Türkiyə Texnologiya Komandası Vəqfi (T3 Fondu) ilə Sənaye və Texnologiya Nazirliyinin əməkdaşlığı ilə ölkənin əhəmiyyətli təşkilat və firmalarının dəstəklərilə 6 gün əvvəl Atatürk Hava limanında start götürən festivaldakı hərbi və mülki iştirakçı firmaların stentləri son gündə də bir çox tədbirə səhnə oldu.

Festival bölgəsində qurulan əsas səhnədə gün ərzində tamaşalar və yarışmalar keçirildi.

İştirak edən şirkətlər də stendlərindəki qonaqlara məlumat və bir çox təcrübə imkanları təqdim etdilər. Qonaqlar onlar üçün inşa edilən bir çox sosial dəstək sahələrindən də istifadə etdilər.

“Solo Türk”, “Türk Ulduzları”, “Hürkuş”, Daxili İşlər Nazirliyi, Türk Hərbi Hava Qüvvələri paraşütdən tullanma, “Atak” helikopteri, Red Bull nümayiş uçuşları ilə “TEKNOFEST”i rəngləndirdi.

“TEKNOFEST” sərgi sahəsində Türkiyənin milli və yerli imkanlarla istehsal etdiyi hava və quru vasitələrilə yanaşı ölkə xaricindən gələn təyyarələr də iştirakçılar tərəfindən ziyarət edildi.

Festivalın son günündə uşaqlar və gənclər həm təhsil verən, həm də əyləndirən seminarlarda iştirak etmək imkanı əldə etdilər.

Festival çərçivəsində keçirilən yarışlarda birinci yeri tutanlara mükafatları prezident Rəcəb Tayyib Ərdoğan, digər finalçılara isə prézidént müavini Fuad Oktay tərəfindən təqdim edildi.



Әlaqәli Xәbәrlәr