"Tele2" İsveçin 5G-yə keçdiyini açıqladı

“Tele2” şirkətinin baş direktoru Anders Nilsson verdiyi yazılı məlumatda bildirib

1423183
"Tele2" İsveçin 5G-yə keçdiyini açıqladı

 

  İsveçin telekom şirkəti “Tele2” ictimai şəkildə 5G-yə keçdiklərini açıqladı.

  “Tele2” şirkətinin baş direktoru Anders Nilsson verdiyi yazılı məlumatda bildirib: “Paytaxt Stokholm ilə Göterburq və Malmö şəhərlərində 5G əsas stansiyaları aktiv hala gətirildi. İyun ayından yeni nəsil telefonları olan müştərilər 5G xidmətindən əlavə ödənişsiz faydalanmağa başlayacaq. Biz İsveçdə 4G şəbəkəsini istifadəyə verən ilk operatoruq. On il sonra İsveçin ilk 5G şəbəkəsini də qlobal standartlara uyğun istifadəyə təqdim edən yenə biz olduq''

  Qeyd edək ki, yeni nəsil kabelsiz telefon texnologiyası 5G-nin dördüncü nəsil texnologiyasından təxminən 10 qat artıq məlumat sürəti təmin edəcəyi nəzərdə tutulur.



Әlaqәli Xәbәrlәr