Türk həkimi xərçəngin müalicəsində yeni üsul kəşf etdi

Almaniyanın Köln şəhərində yaşayan Türk həkim Yadigar Gənc tədqiqat qrupu ilə birlikdə xərçəng xəstəliyinə qarşı immunoterapiya üsulu ilə yeni bir müalicə texnikası kəşf etdi.

1266256
Türk həkimi xərçəngin müalicəsində yeni üsul kəşf etdi
yadigar genc1.jpg

Almaniyanın Köln şəhərində yaşayan Türk həkim Yadigar Gənc tədqiqat qrupu ilə birlikdə xərçəng xəstəliyinə qarşı immunoterapiya üsulu ilə yeni bir müalicə texnikası kəşf etdi.

"Immun-Onkologisches" mərkəzindəki (IOZK) tədqiqat qrupu daxilində fəaliyyət göstərən Yadigar Gənc fərdə istiqamətlənmiş müalicə üsulu ilə xərçənglə mübarizədə müvəffəqiyyət nisbətini əhəmiyyətli dərəcədə artırdıqlarını bildirdi.
 
 Gənc Avropa dərmanların keyfiyyətinə nəzarət şöbəsinin icazə verdiyi üculla xərçəngin müalicəsində xəstəyə xüsusi terapiya tətbiq etdiklərini söylədi.
 
 Xəstənin öz qanından istehsal etdikləri "mübarizə hüceyrələri"ni laboratoriya şəraitində həssas hala gətirib onlara müəyyən xərçəng proteinləri yükləyərək, eyni zamanda onkolitik viruslardan da istifadə edərək xəstəyə peyvənd şəklində vurduklarını bildirən Gənc: "Bu üsul hədəf istiqamətli olduğu və yan təsirlərinin az olması səbəbindən son zamanlar xərçəng xəstəliklərinin müalicəsində effektivliyi ilə seçilir və nüfuzlu həkimlər tərəfindən qəbul edilir" dedi.
 
 Yadigar Gənc xəstəliyin erkən diaqnozu zamanı yeni müalizə metodunun nəticələrinin daha uğurlu olduğunu vurğuladı.
 
"Immun-Onkologisches" mərkəzinin rəhbəri doktor Uilfred Stücker isə xəstənin immun sisteminin güclü olmasının xərçəng müalicəsində çox əhəmiyyətli olduğunu söylədi, müalicənin effektivliyinin immunitetin gücü ilə müsbət korrelyasiya təşkil etdiyini qeyd etdi.



Әlaqәli Xәbәrlәr