Türkiyə 26,5 milyon əcnəbiyə elektron viza verdi

Türkiyə 2013-cü ildən etibarən 26,5 milyon elektron viza verdi.

1103935
Türkiyə 26,5 milyon əcnəbiyə elektron viza  verdi

Türkiyə 2013-cü ildən etibarən 26,5 milyon elektron viza verdi.

Sərhəd-keçid məntəqələrində və hava limanlarında yaranan növbələrin qarşısını almaq üçün həyata keçirilən Elektron Viza Müraciət Siteminin işə başladığı 17 aprel 2013-cü il tarixindən bu yana 29,8 milyon müraciətdən 26 milyon 287 mini e-viza ilə təmin edilib.

Türkiyə sistemin tətbiq olunduğu ilk gündən etibarən e-vizadan 605 milyon 251 min 887 dollar gəlir əldə edib.

Bu müddət ərzində elekton viza xidmətindən ən çox faydalanan ölkələr arasında  İngiltərə birinci (7 milyon 423 min 658 e-viza), İraq ikinci (3 milyon 329 bin 481) və Hollandiya üçüncü (2 milyon 664 bin 881) yerdədir. Digər ölkələr isə sıra ilə Polşa, Belçika, Səudiyyə Ərəbistanı, Çin, Amerika Birləşmiş Ştatları, Norveç və Avstriyadır.

106 ölkənin vətəndaşlarının faydalana bildiyi elektron viza üçün 9 dildə (Türk, ərəb, alman, ingilis, ispan, fransız, holland, polyak və çin dillərində) xidmət verən  "www.evisa.gov.tr" internet saytı vasitəsilə müraciət edərək 3 dəqiqə ərzində e-viza almaq olar.

 

 

 


Etiketlәr: #Türkiyə , #e-viza

Әlaqәli Xәbәrlәr