Türkiyədə distant təhsil prosesinə başlanıldı

Milli Təhsil Nazirliyinin yeni növ koronavirus (Covid-19) səbəbindən elan etdiyi 1 həftəlik fasilədən sonra bu gün ilk dəfə olaraq distant təhsil prosesinə başlanıldı.

1383498
Türkiyədə distant təhsil prosesinə başlanıldı

Türkiyədə Milli Təhsil Nazirliyinin yeni növ koronavirus (Covid-19) səbəbindən elan etdiyi 1 həftəlik fasilədən sonra bu gün ilk dəfə olaraq distant təhsil prosesinə başlanıldı. 

İlk distant təhsili həyata keçirən Milli Təhsil naziri Ziya Selçuk valideynlərə səslənib.

O bildirib ki, hazırda dünya əhəmiyyətli və çətin bir dönəmdən keçir. Hər kəsin sağlamlığı, eləcə də gözəl günlərə çatmaq üçün verilən qərara əsasən məktəblər bir müddətlik bağlandığından distant təhsilə keçilir.

Nazir Ziya Selçuk şagirdlərə məsuliyyətli olmağı, tədris proqramlarını nəzarətdə saxlamağı, dərs vaxtını diqqətdən qaçırmamağı tövsiyə edib.

İbtidai, orta məktəb və lisey şagirdləri 23-27 mart tarixlərində TRT-EBA TV və Təhsil Məlumat Şəbəkəsi vasitəsilə distant təhsildən yararlana bilərlər.

Onlar TRT-EBA TV, “eba.gov.tr” vasitəsilə yayıma, eləcə də tədris proqramına baxa bilərlər. Şagirdlər öz siniflərinə aid dərslərin izahının hansı gün və saatda keçiləcəyini öyrənəcək, özləri üçün müəyyənləşdirilmiş zaman kəsiyində yayımı izləyəcəklər.

Televiziyada TRT-EBA TV, TRT-EBA TV ibtidai sinif və TRT-EBA TV yuxarı sinif olmaqla, HD (yüksək keyfiyyətli), SD (standart keyfiyyətli) yayımla ümumilikdə 6 kanal vasitəsilə distant təhsil həyata keçiriləcək.

Yayımı “eba.gov.tr”nin əsas səhifəsindən, TRT-nin internet saytından gündəlik və həftəlik izləmək mümkündür. Dərslərin təkrarı gün ərzində həyata keçiriləcək.



Әlaqәli Xәbәrlәr