Türkiyə Elmi Komitəsi üzvlərilə Çin alimləri birgə video-konfrans keçiriblər

Türkiyədə koronavirusla əlaqədar yaradılan Elmi Komitənin üzvlərilə Çinin elm adamları birgə videokonfrans keçiriblər.

1386377
Türkiyə Elmi Komitəsi üzvlərilə Çin alimləri birgə video-konfrans keçiriblər
cin Turkiye yardim.jpg
bilim kurulu.jpg

 

  Türkiyədə korona virusuyla əlaqədar yaradılan Elmi Komitənin üzvlərilə Çinin alimləri birgə video-konfrans keçiriblər.

  Türkiyə Səhiyyə Nazirliyinin məlumatına görə, 3 saat çəkən toplantıda öncə yeni növ korona virusuyla  (Covid-19) bağlı Çinin tibb alimlərinə suallar ünvanlanıb. Sonra hər iki ölkə arasında mövzu ilə bağlı məlumat və təcrübə mübadiləsi ilə əlaqədar geniş müzakirələr aparılıb.

  Qeyd edək ki, video-konfransdan əvvəl Çin yeni növ koronavirus epidemiyası müalicəsində istifadə edilmək üüçün tibbi vəsaitlərdən ibarət yük təyyarəsi Türkiyəyə gəlib, İstanbula çatıb.

  Türkiyədəki Çin baş konsulluğunun "twitter" hesabında yazdığına görə, "Baş konsul Cui Veinin göstərişindən sonra "Bank of China"nın Türkiyə şöbəsi tərəfindən 44 bağlamadan ibarət maska, təcrid paltarları və digər tibbi vəsaitlər İstanbuldakı səhiyyə idarəsinə təhvil verilib".



Әlaqәli Xәbәrlәr