Türkiyәli alim  ABŞ-da mükafata layiq görülüb

Türkiyәli professor Mustafa Gerek Qulaq, Burun, Boğaz Xәstәliklәri vә Baş Boyun Cərrahiyyəsinin  ən nüfuzlu mükafatı olaraq qəbul edilən "Şərəf Mükafatı" ilә tәltif olunub.

20 Eylül 2019 04:00

 

 

Türkiyәli professor Mustafa Gerek Qulaq, Burun, Boğaz Xәstәliklәri vә Baş Boyun Cərrahiyyəsinin  ən nüfuzlu mükafatı olaraq qəbul edilən "Şərəf Mükafatı" ilә tәltif olunub.

Mәlumata görә, 14-18 sentyabr tarixlәri arasında Amerika Birlәşmiş Ştatlarında tәşkil edilәn ‘‘Qulaq, Burun, Boğaz Xәstәliklәri vә Baş Boyun Cәrrahiyyәsi Konqresi’’nә  dünyanın müxtәlif ölkәlәrindәn 10 min hәkim qatılıb.

Konqresdә çıxış edәn Amerika Qulaq, Burun, Boğaz Xәstәliklәri vә Baş Boyun Akademiyasının sәdri, professor Albert Merati türkiyәli professor Mustafa Gerekin akademiyanın әn nüfuzlu mükafatı olaraq qәbul edilәn  "Şərəf Mükafatı"na layiq görüldüyünü ifadә edib.

Tәdbirdә çıxıl edәn Mustafa Gerek  mükafata layiq görüldüyü üçün çox şad olduğunu söylәyib.