Türkiyənin milli elektirik qatarı bu ilin sonunda relslərdə olacaq

Nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu milli elektrik qatarının bu ilin sonunda relslərdə olacağını bildirdi.

1445514
Türkiyənin milli elektirik qatarı bu ilin sonunda relslərdə olacaq
milli tren 2.jpg
Tren1.jpg
Tren.jpg

Nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu milli elektrik qatarının bu ilin sonunda relslərdə olacağını bildirdi.

Karaismailoğlu Sakarya şəhərində elektrik enerjisilə işləyən ilk yerli qatarın fabrik sınaqlarının başlanılması mərasimdəki çıxışında, dəmir yolu texnologiyasında yerli və milli nəqliyyat vasitələrinin istehsalı ilə irəliləyişi davam etdirməyə qətiyyətli olduqlarını bildirərək, “Məqsədimiz Türkiyənin dəmir yolu sistemi istehsalında önəmli mərkəzə çevrilməsidir” deyib.

Yerli və milli qatar dəstləri saatda 160 kilometr sürət, 176 kilometr dizayn sürətinə malik şəkildə istehsal edilib. Karaismailoğlu, dəstin naviqasiya təhlükəsizliyi başda olmaqla, sərnişin məmnuniyyəti və rahatlığı baxımından tələb, həmçinin gözləntiləri ən yüksək səviyyədə təmin edəcək xüsusiyyətlərə sahib olduğunu bildirib. Karaismailoğlu vurğulayıb ki, 5 nəqliyyat vasitəsindən ibarət dəstin ümumi oturacaq tutumu 324-dür. Onlardan 2-si fiziki imkanları məhdud sərnişinlər üçün nəzərdə tutulub.

Nəqliyyat və infrastruktur naziri istehsalı başa çatan prototip dəstin 60 faizinin yerli istehsal nəticəsində ərsəyə gəldiyini, kütləvi istehsal üçün də 80 faiz yerli istehsalın hədəfləndiyini vurğulayaraq, “Prototip dəstinin qiyməti xaricdən gətirilən oxşar məhsullardan 20 faiz daha ucuz qiymətə başa gəlib”-deyə bildirib.

Nazir Karaismailoğlu, “Artıq ölkəmiz sürət qatarı və yüksək sürətli qatarlarını özü istehsal edəcək səviyyədədir. Bundan sonra Türkiyənin xaricdən nəqliyyat vasitəsi almasına ehtiyac qalmayıb” fikirlərini səsləndirib.



Әlaqәli Xәbәrlәr