Türkiyənin silahlı pilotsuz uçuş aparatları İngiltərəyə nümunə oldu

İngiltərə Azərbaycanın Ermənistan üzərində qələbəsindən sonra yeni bir silahlı pilotsuz uçuş aparatı (SPUA) proqramına başlayacaq.

1554658
Türkiyənin silahlı pilotsuz uçuş aparatları İngiltərəyə nümunə oldu

İngiltərə Azərbaycanın Ermənistan üzərində qələbəsindən sonra yeni silahlı pilotsuz uçuş aparatı (SPUA) proqramına start verəcək.

İngilis mediasında yer alan xəbərdə Türkiyənin bu sahədəki müvəffəqiyyətin izlənildiyi və "Bayraktar TB2"nin detallı şəkildə tədqiq edildiyi bildirilib. 

Xəbəri İngiltərənin "The Guardian" qəzeti dərc edib. 

Xəbərdə müdafiə rəsmilərinin Azərbaycanın 6 həftəlik müharibədə Türkiyənin silahlı pilotsuz uçuş aparatlarından istifadə etməsinin erməniləri məğlub etməkdə çox əhəmiyyətli yeri olduğuna inandığı ifadə edilib.

İngiltərənin 2021-ci ilin əvvəllərində elan ediləcək 5 illik müdafiə büdcəsinin bir hissəsi olaraq özünün daha ucuz SPUA-larına sahib olmaq istədiyi bildirilib. 

"Baykar Bayraktar TB2"-nin 150 km qədər mənzilə sahib olduğu, havada 24 saat qala bildiyi nümunə göstərilib. 
Səlahiyyətlilər tərəfindən "Baykar Bayraktar TB2"nin digər ölkələrin SPUA-ları ilə müqayisədə daha qənaətli olduğu vurğulanıb.  

Türkiyənin SPUA-larla bölgədəki tarazlığı dəyişdiyi ifadə edilib.

İngilis beyin mərkəzi Krallıq Silahlı Qüvvələr İnstitutunun (RUSI) professoru Mişel Klarkın "Azərbaycanlıların pilotsuz uçuş aparatlarından istifadə etməsi həlledici idi" dediyi bildirilib.

İngiltərənin Müdafiə naziri Ben Vallas 11 dekabrda Türkiyənin PUA, SPUA və hava hücumundan müdafiə sistemlərinin Suriya, Liviya və digər yerlərdə istifadəsinin sahədə üstünlük əldə etməsinə imkan yaratdığını vurğulayaraq Türkiyənin yeni nəsil SPUA-larını nümunə göstərmişdi.



Әlaqәli Xәbәrlәr