Türkiyənin yeni peyk xəbərləşmə sisteminin testləri uğurla başa çatdı

TUSAŞ-dan verilən məlumata görə...

1331058
Türkiyənin yeni peyk xəbərləşmə sisteminin testləri uğurla başa çatdı

 

  Türkiyə Havaçılıq və Kosmos Sənayesi Anonim Şirkəti (TUSAŞ) tərəfindən istehsal edilən və ANKA-S-lərə inteqrasiya edilən peyk xəbərləşmə sisteminin testləri müvəffəqiyyətlə tamamlandı.

  TUSAŞ-dan verilən məlumata görə, şirkətin iştirakı ilə CTECH tərəfindən istehsal edilən peyk xəbərləşmə sisteminin bütün kalifikasiya və funksional testləri uğurla başa çatdı.

  ANKA-S-ə inteqrasiya edilən sistemlə uçuş testləri həyata keçirildi. Beləliklə, ANKA ilə bağlı alt sistemin yerliləşdirmə və milliləşdirmə müddəti tamamlanmış oldu.

  Peyk xəbərləşmə sisteminin TUSAŞ-ın öz materialları ilə 17 aya çıxardığı AKSUNGUR pilotsuz uçan aparat (PUA) üçün də istifadə edilməsi nəzərdə tutulub.



Әlaqәli Xәbәrlәr