Türkiyə qadın alimlərinin sayına görə Avropanı ötdü

Avropa Statistika Ofisinin (Eurostat) yeni yaydığı məlumatlara görə, 2017-ci ildə Türkiyədə elmi tədqiqat, texnologiya, səhiyyə, mühəndislik və  sahələrində fəaliyyət göstərən alim qadınların  nisbəti 45% olub.

1143813

Avropa İttifaqında isə bu nisbət 41%-dir.  Beləliklə, bu rəqəmi aşan Türkiyə  Almaniya, Fransa və İngiltərəni də ötüb.
 
 Avropa Qadın Rektorlar İttifaqının sədri, professor Gülsün Sağlamer bununla fikrini bildirərək dedi: "Bu mənada Avropanın əksər ölkəsindən çox öndəyik. Yalnız Türkiyədə deyil, məsələn, Amerika Birləşmiş Ştatları kimi bir çox ölkədəki universitetlərdə mühəndislik sahəsində Türkiyədən çox sayda qadın tələbə görə bilərsiniz. Avropa bunu görür və böyük təşviqlərlə bu boşluğu doldurmağa  çalışır".
 
 İstanbul Özyeğin Universitetinin rektoru, professor Esra Gençtürk isə bunları söylədi: "Türkiyədə bu gün təhsil sahəsində işləyən qadınların nisbəti 45%-dir. Son 30 ildə  təxminən 50% artım müşahidə olunub. Xüsusilə, dosentlər və tədqiqatçıların sayı, digər vəzifələrə görə nisbətən daha çoxdur. Türkiyədəki bu artım rəqəmi Avropa ölkələrinə nisbətən də daha yüksəkdir". 

Әlaqәli Xәbәrlәr