Türkiyə reanimasiya bölməsi yataq tutumuna görə birincidir

Türkiyə reanimasiya bölmələrində ən çox yataq tutumuna sahib ölkə olaraq diqqət çəkir.

1389296
Türkiyə reanimasiya bölməsi yataq tutumuna görə birincidir

Türkiyə reanimasiya bölmələrində ən çox yataq tutumuna sahib ölkə olaraq diqqət çəkir.
Dünya miqyasında 875 mindən çox insana yoluxan və minlərlə insanın ölümünə səbəb olan yeni növ koronavirusa (Covid-19) qarşı mübarizədə ölkələrin reanimasiya şöbələrindəki yataq tutumu böyük əhəmiyyət daşıyır.
Almaniyadakı bazar və qənaət tədqiqat institutları və iqtisadiyyat sektorundan əldə edilən məlumatları ingilis, fransız, alman və İspan dillərində təqdim edən "Statista" yer alan statistikalara görə, Türkiyə bu siyahının başında yer alıb.
Səhiyyə naziri Fəxrəddin Koca koronavirusla mübarizə üçün dövlət və xüsusi sektorun birgə xidmət göstərəcəyi 13 min 211-i irəli səviyyədə olmaqla, reanimayisada böyüklər üçün yataq sayının  25 min 466 olduğunu açıqlayıb.
Nazir Koca Türkiyədə reanimayisa bölmələrində 100 min adama düşən yataq sayının 40 olduğunu ifadə edib.
Bəzi ölkələrdə 100 min nəfərə düşən reanimasiya şöbələrindəki yataqların sayı belədir:
Amerika Birləşmiş Ştatları - 34,7
Almaniya - 29,2
İtaliya - 12.5
Fransa - 11,6
Cənubi Koreya - 10,6
İspaniya - 9,7
Yaponiya - 7,3
İngiltərə - 6,6
Çin - 3,6



Әlaqәli Xәbәrlәr