Türkiyə və Rusiya peyvəndlə bağlı ortaq çalışmaq qərarına gəldilər

Rusiya İnsan Sağlığı və İstehlakçı Haqlarını Qoruma Xidmətinin (Rospotrebnadzor) etdiyi şərhə görə

1422234
Türkiyə və Rusiya peyvəndlə bağlı ortaq çalışmaq qərarına gəldilər

 

  Türkiyə və Rusiya “Covid-19” peyvəndi ilə bağlı ortaq çalışmaq üçün məsləhətləşmələrə başladılar.

    Rusiya İstehlakçıları Haqqlarının Müdafiəsi və İnsan Rifahı üzrə Federal Xidmətin (Rospotrebnadzor) etdiyi şərhə görə, Türkiyə səhiyyə nazirinin müavini Əminə Alp Meşe və “Rospotrebnadzor”un katibi Anna Popova “Covid-19”la mübarizə ilə əlaqədar videokonfrans yolu ilə peyvənd mövzusunda müzakirə aparıblar. Söhbət zamanı Rusiya və Türkiyədəki mövcud epidemiya vəziyyəti, vaksin araşdırmaları, müalicə kursları, mübarizə tədbirləri və qadağaların aradan qaldırılması yollarından danışılıb. Türkiyə tərəfi "Covid-19" peyvəndilə bağlı Rusiya ilə əməkdaşlıq etməyə hazır olduğunu vurğulayıb. Rusiya və Türkiyə alim və mütəxəssisləri arasında məlumat mübadiləsi aparılması qərara alınıb.



Әlaqәli Xәbәrlәr