Türkmənistanda beynəlxalq media forumu keçirilib

Aşqabadda Türkmənistanın daimi bitərəfliyinin 25 illiyinə və BMT Baş Assambleyasının 75-ci sessiyasında sədr müavini seçilməsinə həsr olunan beynəlxalq media forumu keçirilib.

1492480
Türkmənistanda beynəlxalq media forumu keçirilib

TRT-nin baş direktoru İbrahim Eren Aşqabadda Türkmənistanın daimi bitərəfliyinin 25 illiyinə və BMT Baş Assambleyasının 75-ci sessiyasında sədr müavini seçilməsinə həsr olunan beynəlxalq media forumunda iştirak edib..

Videokonfrans formatında keçirilən beynəlxalq media forum Türkmənistan və Asiya-Sakit Okean Yayım Birliyi (ABU) tərəfindən təşkil edilib.

Forumda Türkmənistanın bir sıra qurumlarının, akkreditə olunmuş beynəlxalq təşkilatların diplomatik nümayəndəliklərinin, milli kütləvi informasiya vasitələrinin nümayəndələri, nüfuzlu xarici televiziya və radio yayım təşkilatlarının rəhbərləri, həmçinin dünyanın 300-dən çox informasiya agentliyinin 68 müxbiri iştirak edib.

 Asiya-Sakit Okean Yayım Birliyinin (ABU) sədr müavini kimi foruma qatılan İbrahim Eren müstəqilliyini qazanmasından sonra Türkmənistanı tanıyan ilk ölkə olan Türkiyənin həmin zamanda Aşqabadda səfirlik açan və Türkmənistanın daimi bitərəflik statusunu tanıyan ilk dövlət olduğunu ifadə edib.
Türkmənistanın beynəlxalq aləmdə tanınmış bir siyasi fiqura çevrildiyini və tarixi arenadakı mövqeyini gücləndirdiyini söyləyən Eren "Fikirləriniz və diplomatik mövqeyiniz nə qədər güclü və prestijli olursa olsun, sizə lazım olan ilk şey mesajlarınızı yaymağınıza və çatdırmağınıza imkan yaradacaq güclü mediadır" deyib.
Medianın beynəlxalq aləmdəki əhəmiyyətinə toxunan İbrahim Eren hazırda bir araya gəlməyin və Türkmənistanın bitərəflik siyasətinin 25 illik müvəffəqiyyətini dünyanın hər yerindən gələn beynəlxalq media təmsilçiləri ilə müzakirə etmək fürsətinin olmasının medianın kifayət qədər uğurlu oynadığı roldan asılı olduğunu bildirib.



Әlaqәli Xәbәrlәr