“Türksat 5A” peykinin kosmosa buraxılışı təxirə salındı

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Florida əyalətindəki Cape Canaveral mərkəzindən kosmosa buraxılması planlaşdırılan “Türksat 5A”-nın buraxılışı təxirə salındı.

1557596
“Türksat 5A” peykinin kosmosa buraxılışı təxirə salındı

Rabitə peykinin buraxılışının nə səbəblə təxirə salındığına dair rəsmi açıqlama verilməyib.

Məlumata görə Türkiyə Radio və Televiziya Qurumunun (TRT) əldə etdiyi “Buraxılış İcra Vəzifəsi Hava Proqnozu" sənədində hava şəraitinin uygun olmadığı və bu səbəbdən buraxılışın təxirə salına biləcəyi bildirilir.

“Türksat 5A”, Türkiyə, Avropa, Orta Şərq, Şimali Afrika, Qərbi Afrika, Cənubi Afrika, Aralıq dənizi, Egey dənizi və Qara dənizi əhatə edən bir coğrafiyada, televiziya yayımı və məlumat rabitə xidmətləri göstərəcəkdir.



Әlaqәli Xәbәrlәr