ÜST "Covid 19"la bağlı 8 peyvəndin klinik sınaqlarında sonuncu mərhələyə çatıldığını bildirib

Hazırda dünyada yeni növ koronavirusla (Covid-19) əlaqədar 8 peyvəndlə bağlı sınaqlar klinik yoxlamaların sonuncu, üçüncü mərhələsindədir və insanlar üzərində testdən keçirilir.

1493853

ÜST bir peyvəndlə bağlı isə üçüncü mərhələdə sınaqların aparılmasına icazə verib. ÜST üçüncü mərhələ sınağı aparılan peyvəndlərdən 5-nin təcili istifadəsinə də icazə verib. Onlardan ABŞ və İngiltərədə iki peyvəndin sınaqlarının oktyabrda tamamlanaraq kütləvi şəkildə tətbiq edilməsi nəzərdə tutulur.

Bundan əlavə, Çin və Rusiya hökumətləri tərəfindən təcili istifadəsinə icazə verilən sınaqları başa çatmamış 3 peyvəndə isə klinik sınaq proqramından əlavə tibb və dövlət sektorunda çalışanlara vurulmasına icazə verilib.

Әlaqәli Xәbәrlәr