ÜST mənşəyi məlum olmayan hepatit virusunun yayılmasına münasibət bildirib

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) İngiltərədə ortaya çıxan və sonradan bir çox ölkədə aşkarlanan mənşəyi məlum olmayan hepatitə yoluxan uşaqların sayının 228-ə yüksəldiyini açıqlayıb.

1822338
ÜST mənşəyi məlum olmayan hepatit virusunun yayılmasına münasibət bildirib

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) İngiltərədə ortaya çıxan və sonradan bir çox ölkədə aşkarlanan mənşəyi məlum olmayan hepatitə yoluxan uşaqların sayının 228-ə yüksəldiyini açıqlayıb.

Ümumdünya Səhiyyə Təşkilatı HİV, Hepatit və Cinsi yolla keçən infeksiyalar üzrə Qlobal Proqramının tədqiqatçısı doktor Filippa İsterbruk Təşkilatın Cenevrədəki baş qərargahında keçirilən mətbuat konfransında jurnalistlərin hepatit halları ilə bağlı suallarını cavablandırıb.

İndiyə qədər 20 ölkədən ən az 228 hepatit hadisəsinin təsdiqləndiyini bildirən İsterbruk mərkəzə bildirilən 50 hadisənin araşdırıldığını bildirib.

İsterbrook səbəbi bilinməyən hepatitdən 1 ölümün olduğunu təkrarlayaraq, ölkələrdən gələn hepatitdən ölüm iddialarının araşdırıldığını vurğulayıb.

İndoneziya Səhiyyə Nazirliyi mayın 2-də mənşəyi məlum olmayan hepatit virusu diaqnozu qoyulan 3 uşağın xəstəxanada dünyasını dəyişdiyini açıqlayıb.

Virus daşıyan 18 uşağın qaraciyər çatışmazlığından əziyyət çəkdiyi və qaraciyər nəqli edildiyi barədə məlumatı paylaşan İsterbrook deyib:

"Biz virusun mənbəyinin bütün yoluxucu və qeyri-infeksion səbəblərini araşdırırıq. İndiyədək bu virusun hər hansı bir bölgədən, qidadan və ya zəhərdən qaynaqlandığına dair heç bir sübut yoxdur". 

İsterbrook yoluxma hallarının heç birində ümumi hepatit virusları olan hepatit A, B, C, D və E olmadığını və "Covid-19" peyvəndinin virusla əlaqəli olduğu tezisinin doğru olmadığını təkrarladı.

Virus aşkarlanan uşaqlarda sarılıq, ishal, qusma, qarın ağrısı kimi simptomların müşahidə edildiyi, bəzi hallarda ağır qaraciyər iltihabı ilə əlaqədar qaraciyər transplantasiyası ilə müalicə edildiyi bildirilib.

Xəstəliyin "müəmmalı" və ya "səbəbi qeyri-müəyyən" olaraq təsviredilməsi "Covid-19" virusunu ağla gətirdikdə, eyni zamanda yeni bir "qlobal epidemiya" ehtimalını gündəmə gətirdi.

Adı çəkilməzdən əvvəl "Covid-19" "sirli ağciyər xəstəliyi" kimi təsvir edilirdi.



Әlaqәli Xәbәrlәr