ÜST: Vaksin vurdurandan sonra da maska taxılmalıdır

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçücü Margaret Harris yeni növ koronavirus (Covid-19) peyvəndi olunduqdan sonra da maska ​​taxılmalı olduğunu bildirib.

1656422
ÜST: Vaksin vurdurandan sonra da maska taxılmalıdır

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçücü Margaret Harris yeni növ koronavirus (Covid-19) peyvəndi olunduqdan sonra da maska ​​taxılmalı olduğunu bildirib.

Harris BMT-nin İsveçrənin Cenevrə Ofisində təşkil olunan həftəlik növbəti mətbuat konfransında "Mövcud peyvəndlər infeksiyanın yoluxması halında ciddi xəstəliklərin və ya ölümün qarşısını almaqda çox yaxşıdır" deyib və iki doz peyvənd alanların maska ​​taxmağa davam etmələrini vurğulayıb.

Harris "İstədiyimiz şey virusun ötürülməsini azaltmaqdır. Bu səbəbdən peyvəndlərin yoluxmanın qarşısını alıb almayacağını hələ bilmirik. Buna görə də maskanızı taxmaq sıx təmasda olduğunuz, izdihamlı və ya qapalı bir ərazidə olduğunuz anlarda və bu qapalı ərazini tərk edə bilməyəcəyiniz yerlərdə yoluxmanın qarşısının alınması ilə əlaqəli bir mövzudur" deyib. 

Maska taxılması ilə "Covid-19" varyantlarının yayılma riskinin azalacağına diqqət çəkən Harris virusun yayılmasının qarşısını almaq üçün sadəcə maska taxmağın da kifayət etməyəcəyinə diqqət çəkib.

Harris sosial məsafə qaydalarına riayət etmək, sıxlıqdan və qapalı yerlərdən qaçınmaq, çölə çıxarkən hər cür tədbir görülməsi və otaqları havalandırma kimi bütün ümumi səhiyyə tədbirlərinə riayət edilməsinin vacibliyini vurğulayıb.

Harris alimlərin peyvəndlərin virusun yoluxmasının azaldılmasına kömək edib etməyəcəyini hələ bilmədiklərini bir daha dilə gətirərək, "Düşünürük ki, peyvəndlər buna kömək edir, lakin onlar hər şeyin qarşısını almırlar. Bu səbəbdən sizdən başqa tədbirlər görməyinizi xahiş etdik" deyib.



Әlaqәli Xәbәrlәr