Virusu müşahidə etmək üçün yeni üsul

Latviyalı alimlər korona virusunun yayılmasını müşahidə etmək üçün yeni üsul tapıblar

1421096
Virusu müşahidə etmək üçün yeni üsul

 

  Latviya alimləri ətraf mühitdə korona virusu (Covid-9) pandemiyasının yayılmasını müşahidə etmək üçün yeni üsul üzərində çalışırlar. Ölkənin “Delfi” informasiya portalı xəbər verir ki, bu barədə məlumatı Riqa Texniki Universiteti (RTU) yayıb. Universitetdən verilən məlumata görə, bu kəşf bütün ekosistem miqyasında profilaktik tədbirlərin həyata keçirilməsinə kömək edəcək.

  Alimlər Latviyanın bir neçə şəhərinin təmizlənməmiş çirkab sularını yoxladıqdan sonra nümunələrin birində korona virusu aşkarlayıblar. Virusun izləri həmçinin korona virusuna yoluxmuş xəstələrin qeydə alındığı şəhərlərin çirkab sularında da ortaya çıxıb. Lakin suyun təmizlənməsindən sonra virusun izləri qalmayıb.

  "Yeni ixtira, eyni zamanda, gələcəkdə müəyyən bir ərazidə infeksiyanın yayılmasının başa çatdığına bir daha əmin olmaq üçün imkan yaradacaq", bu sözləri RTU-nun professoru Talis Yuhna söyləyib.



Әlaqәli Xәbәrlәr