Yer kürəsinə atom bombasından 800 qat güclü asteroid yaxınlaşır

Amerika Birləşmiş Ştatları Kosmos və Aeronavtika İdarəsi – NASA Yer kürəsinə yaxınlaşan "2018 AH" adlı meteoritlə əlaqədar xəbərdarlıq etdi

1740331
Yer kürəsinə atom bombasından 800 qat güclü asteroid yaxınlaşır

 

  Amerika Birləşmiş Ştatları Kosmos və Aeronavtika İdarəsi – NASA Yer kürəsinə yaxınlaşan "2018 AH" adlı meteoridlə əlaqədar xəbərdarlıq etdi.

  Alimlər asteroidin İkinci Dünya Müharibəsində Yaponiyanın Xirosima şəhərinə atılan atom bombasından 800 qat daha güclü olduğunu bildirib.

  Göy cisiminin diametrinin 84-190 metr arasında olduğu təxmin edilir.

  NASA isə “2018 AH”ın Yer kürəsinə toqquşmasının çox böyük olacağını düşünmür. Amma əgər meteoritin orbitində bir dəyişiklik olsa, çarpmanın çox ciddi nəticələri ola biləcəyi qeyd edilir.



Әlaqәli Xәbәrlәr