Yer kürəsinin bitki örtüyü artıb

ABŞ-ın  Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyi (NASA) Yer kürəsinin yaşıl yarpaqlı bitki örtülü sahələrinin 2000-ci illərin əvvəlinə görə çoxaldığını bildirdi.

1144524
Yer kürəsinin bitki örtüyü artıb

ABŞ-ın  Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyi (NASA) Yer kürəsinin yaşıl yarpaqlı bitki örtülü sahələrinin 2000-ci illərin əvvəlinə görə çoxaldığını bildirdi.
 
 NASA 20 il ərzində Yer kürəsinin hər gün  demək olar ki, hər yerinin peyk vasitəsilə 4 dəfə çəkilən fotoşəkilləri əsasında bu qənaətə gəldi.
 
 Elm insanları dünya miqyasında yaşıl sahələrin 2000-ci  illərin əvvəlindən bu yana 5% artdığını, bunun Amazon tropik meşələrinin tutduğu sahəyə bərabər olduğunu bildirirlər.
 
 Yaşıl sahələrin ən çox Çin və Hindistanda artdığına diqqət çəkilir.

 Çin yaşıl sahələrindəki 10%-dən çox artımla birinci yerdədir. Çini təxminən 6,5% artımla Hindistan,  4,5 % artımla Avropa İttifaqı ölkələri və 4 % artımla Kanadanın təqib etdiyi qeyd edilir.
 
 NASA-nın "Ames" tədqiqat mərkəzinin əməkdaşı və tədqiqatın müəlliflərindən biri Rama Nemani: "Bu uzunmüddətli göstəricilər daha dərinlərə nüfuz etməyimizi təmin edir. Yer kürəsinin yaşıllaşması ilk dəfə müşahidə edildikdə, bunun daha isti, daha yağmurlu bir iqlim və kübrələmə ilə  əlaqədar olduğunu düşündük. İndi peyk məlumatları ilə insanların da bu faktiki vəziyyətin yaranmasına kömək etdiyini görürük" ifadələrini işlətdi.
 
Tədqiqata görə, Çinin qlobal miqyasda yaşıllaşmağa verdiyi töhfənin 42%-i torpaq erroziyası, hava çirklənməsi və iqlim dəyişikliyinin təsirlərini azaltmaq məqsədi ilə yaradılan, meşələrin qorunması və genişləndirilməsinə yönəldilmiş proqramlarla təmin edilir.
 
 Tədqiqatda Çində yaşıllaşdırılmış sahələrdəki artımın 32%-nin, Hindistanda da 82%-nin meyvə-tərəvəz məhsullarının intensiv şəkildə əkilməsi ilə təmin edildiyi bildirilir, Çin və Hindistanda paxlalı bitkilər, meyvə və tərəvəz istehsalında 2000-ci ildən bu yana 35-40% həcmində artım olduğu qeyd edilir.
 
 Tədqiqat işinin nəticələri "Nature Sustainability" jurnalında dərc olunub.



Әlaqәli Xәbәrlәr