Yerli imkanlarla hazırlanan "ASELSAT 3U Küp" peyki orbitə buraxılıb

"ASELSAT 3U Küp" peykinin bu gün "SpaceX"-in raketi ilə vəzifə icra edəcəyi orbitə müvəffəqiyyətlə göndərildiyi bildirilib.

1570131
Yerli imkanlarla hazırlanan "ASELSAT 3U Küp" peyki orbitə buraxılıb

Prezident Aparatı Müdafiə Sənayesinin sədri İsmayıl  Dəmir "ASELSAT 3U Küp" peykinin bu gün "SpaceX"-in raketi ilə vəzifə icra edəcəyi orbitə müvəffəqiyyətlə göndərildiyini bildirib.

Dəmir bununla bağlı "Twitter" hesabında paylaşım edib. 

İsmayıl Dəmir bildirib ki, ASELSAN  (Hərbi Elektronika Sənayesi) tərəfindən İstanbul Texniki Universiteti ilə birlikdə yerli və milli imkanlarla universitet-sənaye əməkdaşlığı çərçivəsində elmi məqsədlər üçün hazırlanan "ASELSAT 3U Küp" peyki bu gün uğurla "SpaceX"-in raketi ilə fəaliyyət göstərəcəyi orbitə göndərildi.
ASELSAT-ın kamera vəzifə yükü ilə əldə ediləcək görüntünü yer stansiyasına yükləyəcəyini və rəqəmsal kart yükü ilə kosmik mühit haqqında statistik məlumatlar toplayacağını söyləyən Dəmir əməyi olan hər kəsi təbrik edib.



Әlaqәli Xәbәrlәr