"Yerli istehsal olan süni tənəffüs cihazımız istifadəyə hazırdır", F.Koca

Səhiyyə naziri Fəxrəddin Koca yerli və milli ventilyator cihazlarının istehsal edildiyini və bu gündən etibarən istifadəyə verildiyini söyləyib.

1401684
"Yerli istehsal olan süni tənəffüs cihazımız istifadəyə hazırdır", F.Koca

Səhiyyə naziri Fəxrəddin Koca yerli və milli süni tənəffüs cihazlarının istehsal edildiyini və bu gündən etibarən istifadəyə verildiyini söyləyib.
Nazir Koca prezident Rəcəb Tayyib Ərdoğanın videokonfransla iştirakı ilə  İstanbul Başakşehir Şəhər xəstəxanasının xidmətə qəbul və reanimasiya bölməsi üçün süni tənəffüs cihazının təqdimat mərasimində etdiyi çıxışda yerli və milli süni tənəffüs cihazları ilə əlaqədar deyib:
"Hal-hazırda 100 ədəd cihazımız var. May ayına qədər 5 minə qədər istehsal etməyi planlaşdırdıq". 
Mərasimdəki çıxışında Fəxrəddin Koca Başakşehir Şəhər xəstəxanasının mayın 15-də tamamilə fəaliyyət göstərəcəyini bildirib.
Xəstəxana tamamilə istifadəyə verildiyi zaman Avropanın tək bir şəhərcikdə ən yüksək reanimasiya tutumlu bir xəstəxana olacağını ifadə edən Koca "İstanbulumuz şəhərin hər iki tərəfdəki xəstəxanalarla sağlamlıq infrastrukturu baxımından dünyanın aparıcı şəhəri olacaq" ifadəsini işlədib.
Digər tərəfdən, sənaye və texnologiya naziri Mustafa Varank mərasimdəki çıxışında may ayının sonuna qədər 5 min yerli süni tənəffüs cihazı istehsal ediləcəyini bildirib.



Әlaqәli Xәbәrlәr