YTB insan hüquqları ilə əlaqəli onlayn təhsil proqramı təqdim edəcək

YTB-nin verdiyi açıqlamada proqramın 29-31 mart tarixlərində keçiriləcəyini bildirib.

1589965
YTB insan hüquqları ilə əlaqəli onlayn təhsil proqramı təqdim edəcək

Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsi (YTB) ölkə xaricindəki Türkiyə vətəndaşları və xaricdəki Mavi vəsiqə (Türkiyədə doğulmuş, ancaq sonradan vətəndaşlıqdan ayrılmış olanlara verilən vəsiqə) sahibi tələbələr üçün onlayn "İnsan hüquqları Onlayn Təhsil Proqramı" təşkil edəcək.

YTB-nin verdiyi açıqlamada 29-31 mart tarixlərində keçiriləcək proqram sayəsində xaricdə yaşayan gənclərə insan hüquqları, ayrı-seçkilik, nifrət cinayətləri, Avropa İnsan Haqları Məhkəməsi və əlaqədar təşkilatların quruluşu və işləməsi kimi mövzularda nəzəri təlim veriləcəyi bildirilib.

Açıqlamada türkcə veriləcək təlim proqramında xaricdə yaşayan 30 yaşdan kiçik və ya Mavi vəsiqə sahibləri ictimai elmlərdə təhsil alan 3 və 4-cü sinif magistratura tələbələri və ictimai elmlərdə təhsil alan bakalavr tələbələri Türk dilində həyata keçiriləcək təhsil proqramına müraciət edə biləcəyi qeyd edilib.

Proqram üçün son müraciət tarixinin 14 mart olduğu bildirilib.



Әlaqәli Xәbәrlәr