YTB-nin Beynəlxalq Tələbə Akademiyasına müraciətlər başlayıb

YTB tərəfindən Türkiyədə ali təhsil alan əcnəbi tələbələr üçün hazırlanan Beynəlxalq Tələbə Akademiyasına müraciətlər başlayıb.

1535496
YTB-nin Beynəlxalq Tələbə Akademiyasına müraciətlər başlayıb

Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsi (YTB) tərəfindən Türkiyədə ali təhsil alan əcnəbi tələbələr üçün hazırlanan Beynəlxalq Tələbə Akademiyasına müraciətlər başlayıb.
YTB-dən verilən açıqlamaya görə, Türkiyədə ali təhsil alan əcnəbi tələbələrin akademik, sosial və mədəni qabiliyyətlərinin artırılması və peşə karyeralarına dəstək olunması üçün həyata keçirilən akademiya müraciətləri dekabrın 7-nə qədər Türkiyə Təqaüdləri Məlumat Sistemi ( Türkiye Bursları Bilgi Sistemi) (https: //tbbs.turkiyeburslari.gov.tr) üzərindən qəbul ediləcək.
 Layihə hazırlama, tətbiqetmə və təşkilatçılıq qabiliyyətlərinin inkişaf etdirilməsilə ictimai məsuliyyət şüurunun yaradılmasını məqsəd götürən akademiyaya Türkiyədə təhsil alan bütün əcnəbi tələbələr müraciət edə biləcəklər.
Akademiya eyni zamanda əcnəbi tələbələrin təhsil aldıqları, öz sahələrində mütəxəssis akademik, yazıçı və sənətkarlarla sıx əlaqələr qura bilmələrinə imkan yaradacaq.
Beynəlxalq Tələbə Akademiyası 3 kateqoriyadan ibarətdir: seminar proqramları, ixtisas proqramları və mədəniyyət və incəsənət proqramları.
Seminar və ixtisas proqramları onlayn, mədəniyyət və incəsənət proqramları isə, yeni növ koronavirus epidemiyasına qarşı lazımi tədbirlər görülərək az sayda iştirakçı ilə üz-üzə keçiriləcək.
Beynəlxalq Tələbə Akademiyası ilə əlaqədar ətraflı məlumat "www.turkiyeburslari.gov.tr" ünvanından əldə edilə biləcək. Tələbələr suallarını və təkliflərini isə, "akademi@ytb.gov.tr" ünvanından YTB-yə çatdıra biləcəklər.



Әlaqәli Xәbәrlәr