YTB-nin "Türkiyə bursları" təqaüd proqramına müraciət başlayıb

YTB Baş İdarəsinin rəhbəri Abdullah Eren verdiyi bəyanatda müraciətləri yanvarın 10-da başlayan təqaüd proqramına cari il də maraq göstəriləcəyini gözlədiklərini ifadə edib.

1564872
YTB-nin "Türkiyə bursları" təqaüd proqramına müraciət başlayıb

Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları (YTB) Baş İdarəsinin rəhbəri Abdullah Eren verdiyi bəyanatda müraciətləri yanvarın 10-da başlayan təqaüd proqramına cari il də maraq göstəriləcəyini gözlədiklərini ifadə edib.

"Böyük Tələbə Layihəsi" olaraq 1992-ci ildə başlanan və 2012-ci ildə YTB-nin koordinasiya altında "Türkiyə bursları" markası ilə dünyaya açılan Türkiyənin rəsmi beynəlxalq tələbə təqaüdü proqramına tələbin hər il artdığına diqqət çəkən Abdullah Eren "Biz də hər artmaqda davam edən bu maraq və tələbə cavab olaraq təqaüd imkanlarımızı artırmağa və inkişaf etdirməyə cəhd edirik" deyib.

Eren 20 fevrala qədər dünyanın hər yerindən müraciət almağa davam edəcəklərini bildirib.

Namizəd tələbələrin, YTB və "Türkiyə bursları" sosial media hesabları ilə "www.turkiyeburslari.gov.tr" ünvanından detalları öyrənə və müraciət səhifəsinə daxil ola biləcəklərini qeyd edən Eren müraciətlərin bakalavriat, magistratura və doktorantura səviyyəsində təhsil almaq istəyən namizədlərə açıq olduğunu söyləyib.

Eren "Türkiyə bursları"nın dünyanın ən əhatəli təqaüd proqramı olduğuna görə digər ölkələrin təqaüdlərindən fərqli olduğuna diqqət çəkərək, ""Türkiyə bursları" dünyadakı digər təqaüd proqramlarından seçilir" deyib.



Әlaqәli Xәbәrlәr