YTB-nin "Türkiyə bursları" təqaüd proqramına müraciət sabah başlayır

YTB tərəfindən dünyanın dörd bir tərəfindən gələn beynəlxalq tələbələrə Türkiyədə ali təhsil imkanları təqdim edən "Türkiyə bursları" proqramı üçün 2021-ci tədris ili üzrə müraciətlər sabah (10 yanvar) başlayır.

1560389
YTB-nin "Türkiyə bursları" təqaüd proqramına müraciət sabah başlayır

Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsi (YTB) tərəfindən dünyanın dörd bir tərəfindən gələn beynəlxalq tələbələrə Türkiyədə ali təhsil imkanları təqdim edən "Türkiyə bursları" proqramı üçün 2021-ci tədris ili üzrə müraciətlər sabah (10 yanvar) başlayır. 

Dünyanın bütün ölkələrinə açıq olan "Türkiyə bursları" 2021-ci tədris ili üzrə müraciətləri 10 yanvar-20 fevral tarixlərində ediləcək.
Təqaüd proqramı bakalavriat, magistratura və doktorantura səviyyələrini əhatə edir. Türkiyənin ən prestijli unevirsitetlərinin qapılarını açan proqramda iştirak üçün sənədlərin qəbulu "www.turkiyeburslari.gov.tr"internet səhifəsində göstərilən qaydada həyata keçirilir. 

Təqaüd proqramı tələbələr üçün nəzərdə tutulmuş təhsil haqqı, yataqxana, sığorta və yol xərclərini əhatə edir.

"Türkiyə bursları"na 2020-ci ildə 172 ölkədən qəbul edilən 156 min müraciət Türkiyənin beynəlxalq təhsildə cazibə mərkəzi halına gəldiyinə işarə edir.



Әlaqәli Xәbәrlәr