ABŞ-dan İraq hökumǝtinǝ xǝbǝrdarlıq

ABŞ İraq hökumətinə aksiyaçılara qarşı zorakılığa son qoyması və seçki islahatlarını həyata keçirərək növbədənkənar seçkilərin keçirilməsi qərarına gəlməsi haqqında çağırış edib.

1303929
ABŞ-dan İraq hökumǝtinǝ xǝbǝrdarlıq

Ağ Evdən mövzu ilə bağlı yayılan açıqlamada: “İraqda davam edən etiraz nümayişləri, aksiyaçılara və mediaya yönəlik hücumlar, internetdən istifadənin məhdudlaşdırılması narahatlıq yaradır. Xalq haqlı tələblərinə qarşı rejimin zorakılıqlarına biganə qalmayacaq. Hökumət bunu idrak edərək lazımlı tədbirləri dərhal görməlidir”.

Qeyd edək ki, iraqlılar ölkənin müxtəlif şəhərlərində işsizlik, korrupsiya və dövlət qulluğunun qənaətbəxş olmamasına etiraz məqsədiylə aksiyalar keçirirlər. Oktyabrın 1-də başlayan aksiyalar Ərbain mərasimlərinə görə bir müddət dayandırılsa da 25 oktyabrda yenidən başladı.



Әlaqәli Xәbәrlәr