ABŞ-dan Taliban hərəkatına çağırış

ABŞ Əfqanıstanda nəzarəti ələ keçirən Taliban hərəkatını ölkədə inklüziv hökumət qurmağa çağırıb.

1741443
ABŞ-dan Taliban hərəkatına çağırış

TRT-nin ABŞ Dövlət Departamentinə istinad etdiyi xəbərə görə 29-30 noyabr tarixlərində ABŞ nümayəndə heyəti Taliban heyəti ilə Qətərin paytaxtı Dohada görüş keçirib. Danışıqlar zamanı Əfqanıstanda insan haqlarının pozulması halları müzakirə edilib və Talibanın bütün əfqanların hüquqlarını qorumalı olduğu vurğulanıb. İclasda Talibandan Əfqanıstanda inklüziv hökumət formalaşdırmaq üçün lazımlı addımları atması tələb olunub.

Xatırladaq ki, ABŞ əsgərlərini Əfqanıstandan çıxardıqdan sonra Taliban 15 avqustda ölkəyə nəzarəti ələ keçirdi.



Әlaqәli Xәbәrlәr