ABŞ-ın Kərkükə əlavə hərbi qüvvə göndərdiyi iddia edildi

İraqdakı hərbi mövcudluğu ilə bağlı ciddi mübahisələrə səbəb olan Amerika Birləşmiş Ştatlarının Kərkükdəki  K1 Hərbi Bazasını əlavə qüvvə göndərərək möhkəmləndirdiyi iddia edildi.

1146282
ABŞ-ın Kərkükə əlavə hərbi qüvvə göndərdiyi iddia edildi

İraqdakı hərbi mövcudluğu ilə bağlı ciddi mübahisələrə səbəb olan Amerika Birləşmiş Ştatlarının Kərkükdəki  K1 Hərbi Bazasını əlavə qüvvə göndərərək möhkəmləndirdiyi iddia edildi.
 
 İraq Nazirlər Kabinetinə tabe olan və əsasən şiələrdən ibarət olan "Haşdi Şabi"nin şimal bölgəsi üzrə nümayəndəsi Məhəmməd Mehdi Bayatlı Kərkükdə keçirdiyi mətbuat konfransında ABŞ-ın ağır silahlar və zirehli vasitələrlə K1 Hərbi Bazasını möhkəmləndirdiyini bildirdi.
 
 ABŞ-ın Kərkükdəki hərbçilərin sayının Enbardakı Aynul Əsəd Bazası ilə eyni olduğunu deyən Bayatlı Bağdad rəhbərliyindən əsgərlərin hansı əsasla şəhərdə olduqlarını açıqlamasını tələb etdi.
 
 Bayatlı ABŞ hərbçilərinin Kərkükün Havice qəsəbəsində  bir neçə dəfə patrul nəzarəti həyata keçirdikləri barədə də məlumat verdi.
 
 Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp dekabrın 26-da  İraq rəsmilərindən xəbərsiz Enbardakı hərbi bazaya etdiyi səfərində amerikan qüvvələrinin ölkədən çıxmayacağını açıqlamışdı.
 
 Tramp daha sonra verdiyi açıqlamada hərbçilərinin İraq-Suriya sərhədində İranın fəaliyyətlərini müşahidə edəcəyini bildirmişdi.
 
ABŞ prezidentinin bu açıqlamasından sonra İraqın İrana yaxın olan şiə liderləri ABŞ-ın ölkədəki mövcudluğuna daha sərt reaksiya göstərmişdilər.
 
 ABŞ-ın 2003-cü ildə işğal etdiyi İraqda  2011-ci ilədək  165 min hərbçisi vardı. Bu tarixdən sonra dövrün prezidenti Barak Obamanın göstərişi ilə bütün ABŞ hərbçiləri  İraqdan çıxarılmışdı.
 

Lakin terror təşkilatı DEAŞ-ın 10 İyun 2014-cü ildə ortaya çıxmasından sonra o zamankı İraq Baş naziri Nuri əl-Malikinin müraciəti ilə ABŞ yenidən əsgərlərini İraqa göndərdi.
 
 ABŞ Dövlət Departamentinin verdiyi son məlumatlara görə, iki ölkə arasında 2014-cü ildə imzalanan hərbi strateji müqaviləyə əsasən İraqda 5 mindən artıq ABŞ hərbçisi vardır.



Әlaqәli Xәbәrlәr