"ABŞ-ın Suriyadakı siyasəti bütün bölgəni yandırıb-yaxa bilər", S.Lavrov

Qazaxıstana rəsmi səfərə gedən S.Lavrov qazax həmkarı Muxtar Tleuberdi ilə görüşdükdən sonra təşkil edilən mətbuat konfransında Suriya ilə bağlı şərhlər verərək deyib...

1284679
"ABŞ-ın Suriyadakı siyasəti bütün bölgəni yandırıb-yaxa bilər", S.Lavrov

  Rusiyanın xarici işlər naziri Sergey Lavrov Amerika Birləşmiş Ştatlarının Suriyadakı siyasətinin bütün bölgəni yaxa biləcəyini və bundan nəyin bahasına olursa olsun, qaçmalı olduğunu bildirib.

  Qazaxıstana rəsmi səfərə gedən S.Lavrov qazax həmkarı Muxtar Tleuberdi ilə görüşdükdən sonra təşkil edilən mətbuat konfransında Suriya ilə bağlı şərhlər verərək deyib:

  “İraqdakı kürdlərin və ABŞ-ın Suriyadakı hərəkətlərindən narahatıq.

  Amerikanın Suriyadakı siyasəti bütün bölgəni yaxa bilər. Bundan nəyin bahasına olursa olsun, qaçılmalıdır.

  ABŞ-ın Suriyadakı mövqeyi ziddiyyətlidir. Bu hökumət Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının Suriyanın torpaq bütövlüyü və suverenliyilə bağlı qərarları pozur. Ölkə prezidenti Donald Tramp Suriyadan hərbi birliklərini çəkəcəyini çox deyib, amma qərarlarını dayandırıb. ABŞ verdiyi sözlərinin üstündə durmur.

  Suriyanın şimalındakı problemin həlli üçün dialoq şərtdir. Türkiyə ilə ABŞ arasındakı qarşılıqlı şərhlərdən sonra Bəşər Əsəd hökuməti YPG/PKK-lılarla danışıb. Halbuki Türkiyə-Suriya sərhədində təhlükəsizliyin təmin edilməsi daxil olmaqla, Suriyanın bu bölgəsindəki problemin həlli üçün iki tərəf arasında dialoq qurulmalıdır. Türkiyə-Suriya dialoqunun başlanılması üçün yardımçı olacağıq. Bunun dəstəkləniləcəyinə ümid edirik."



Әlaqәli Xәbәrlәr