ABŞ-ın YPG/PKK-ya dəstək bəhanəsi qalmadı

Amerika Birləşmiş Ştatlarının dəstək verdiyi separatçı terror təşkilatı YPG/PKK Suriyada Fərat çayının şərqində DEAŞ-ın əlindəki son yaşayış məntəqəsinə də nəzarəti ələ keçirdi.

1146415
ABŞ-ın YPG/PKK-ya dəstək bəhanəsi qalmadı

Amerika Birləşmiş Ştatlarının dəstək verdiyi separatçı terror təşkilatı YPG/PKK Suriyada Fərat çayının şərqində DEAŞ-ın əlindəki son yaşayış məntəqəsinə də nəzarəti ələ keçirdi.

 

YPG/PKK ABŞ-ın dəstəyi ilə Fərat çayının şərqindəki  bütün DEAŞ bölgələrini işğal etdi.
 
 Beləliklə, ABŞ-ın YPG/PKK-nı dəstəkləmək üçün əsas göstərdiyi səbəb aradan qalxdı.
 
 Yerli mənbələrdən alınan məlumata görə, YPG/PKK və ABŞ Suriya-İraq sərhədindəki Deyrizor rayonunun Baqoz ərazisində qalan son DEAŞ qrupu ilə axşam saatlarında razılaşma əldə edib.
 
 Baqozun ətrafında qalan bağlar və düşərgə sahələrində sıxışıb qalan təxminən 500 DEAŞ üzvü təslim olmağı qəbul edib. DEAŞ üzvlərinin yaxın saatlarda silahlarını buraxaraq olduqları yeri tərk etmələri gözlənilir.
 
 Digər tərəfdən, gündüz saatlarında Baqozdan  qadın və uşaqlardan ibarət olan mülki vətəndaşlar çıxdılar.
 
 Fərat çayının şərqindəki son bölgəsini itirən DEAŞ-ın Suriya ərazisindəki işğal sahəsi təxminən 2% oldu.
 
 Terror təşkilatı YPG/PKK isə Suriya torpaqlarının 28%-ni işğal edir.
 
 Rejim qüvvələri ölkənin təxminən 60%,  hərbi müxalifət və rejim əleyhinə silahlı qruplar isə 10% ərazisinə nəzarət edirlər.
 
 ABŞ-ın Suriyadakı müttəfiqi olan YPG/PKK-nın işğalı altındakı sahələrdə 18 bazası və 2 minə qədər hərbi personalı var.



Әlaqәli Xәbәrlәr