"ABŞ İranın dostlarına təzyiq göstərir", M.C.Zərif

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Amerika Birləşmiş Ştatlarının ölkəsinin dostlarına təzyiq göstərdiyini söylədi

1449276
"ABŞ İranın dostlarına təzyiq göstərir", M.C.Zərif

 

   İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Amerika Birləşmiş Ştatlarının ölkəsinin dostlarına təzyiq göstərdiyini söylədi.

  İran Məclisinin ümumi toplantısında millət vəkillərinin xarici siyasətlə əlaqədar suallarını cavablandıran M.C.Zərif deyib: “Bölgədə Türkiyə, Rusiya, Azərbaycan, İraq və Pakistanla çox yaxşı əlaqələrimiz var. Amma ABŞ iqtisadi döyüş istəyir. İranın dostlarına qarşı təzyiq göstərir və bölgədən zor gücü ilə mənfəət əldə etməyə çalışır. Türkiyə, Rusiya və İranın təsis etdiyi Astana sazişi Suriyada dincliyi təmin edən tək cəhddir.

  ABŞ tərəfindən öldürülən generalmız Kasım Süleymani ilə bölgədə koordinasiyalı çalışırdıq. Amma ABŞ liberallıq, islahatçılıq, mühafizəkarlıq və inqilabçılığı qəbul etmir, əzib-keçir. İsrail də həmçinin. İkisi də İrana qarşıdır. Onların məqsədi İran dövlət sistemini çökdürmək və xalqı hökumətdən ayrı salmaqdır."



Әlaqәli Xәbәrlәr