"ABŞ nüvə sazişi ilə bağlı məsələləri müzakirə etmək haqqına sahib deyil"

ABŞ-ın Hərtərəfli Birgə Fəaliyyət Planı (KOEP) adlanan nüvə sazişindən çıxmasının ikinci ili ilə əlaqədar İran Xarici İşlər Nazirliyi yazılı bəyanat yayıb

1412843
"ABŞ nüvə sazişi ilə bağlı məsələləri müzakirə etmək haqqına sahib deyil"
İran Dışişleri Bakanlığı.jpg

 

  İran Xarici İşlər Nazirliyi 2018-ci ildə çıxdığı nüvə sazişinə yenidən daxil olmağa çalışan Amerika Birləşmiş Ştatlarının (ABŞ) müqaviləyə dair məsələlərdə söz sahibi olmadığını vurğulayıb.

  ABŞ-ın Hərtərəfli Birgə Fəaliyyət Planı (KOEP) adlanan nüvə sazişindən çıxmasının ikinci ili ilə əlaqədar İran Xarici İşlər Nazirliyi yazılı bəyanat yayıb: "KOEP-ə nifrət edən ABŞ müqaviləni tərk etdi və pozdu. Bununla yanaşı, razılaşmaya əməl edənləri cəzalandırmağa çalışır. ABŞ nüvə sazişi ilə bağlı məsələləri müzakirə etmək iqtidarında deyil”.

  Qeyd edək ki, 2015-ci ildə İran, ABŞ, Rusiya, Çin, Fransa, İngiltərə və Almaniya arasında (P5 + 1) İran nüvə fəaliyyətinə dair müqavilə imzalanmışdı. Müqavilə BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi ilə 16 yanvar 2016-cı ildə qüvvəyə minmişdi. ABŞ prezidenti Donald Tramp vəzifəyə gəldikdən sonra rəsmi Vaşinqton 8 may 2018-ci ildə müqavilədən birtərəfli qaydada geri çəkilməklə İrana yenidən sanksiyalar tətbiq etməyə başladı. Digər tərəflərdən ABŞ-ı dayandırmağı xahiş edən, lakin buna müvəffəq olmayan İran 2019-cu ilin iyul ayında nüvə sazişinin bəzi maddələri və 5 yanvar sazişindən irəli gələn bütün öhdəliklərini dayandırdığını elan etdi.



Әlaqәli Xәbәrlәr