“ABŞ  Rusiya  və  Çin arasında gərginlik yaradmaq istəyir”: Lavrov

Amerika Birləşmiş Ştatları Rusiya  və Çin arasında münaqişə yaratmaq üçün əlindən  gələn  səyi  edir. Rusiya xarici işlər naziri Sergey Lavrov  bu barədə açıqlma verib.

1273385
“ABŞ  Rusiya  və  Çin arasında gərginlik yaradmaq istəyir”: Lavrov

Sergey Lavrov bir  qəzetdə   dərc olan məqaləsində   sanksiyaların və dolların vəziyyətindən sui-istifadə hallarının iqtisadiyyat qaydalarına  çevrildiyinə diqqət  çəkib. ABŞ-ın Rusiyaya qarşı müttəfiqlərindən istifadə etməyə çalışdığını ifadə edən Lavrov, Vaşinqton rəhbərliyinin inadla Rusiya və Çini ayırmaq üçün tərəfdaşlarını səfərbər etməyə çalışdığını vurğulayıb.

Lavrov: ABŞ Avrasiya və Asiya-Sakit Okean bölgəsində nəzarəti xaricindəki  bütün  çoxtərəfli  addımları  və yaranan əlaqələri, o cümlədən  regional inteqrasiya quruluşlarını pozmaqda  cəhd edir. Moskva və Pekin  arasında    ixtilaf   yaradmaq    istədiyini  gizlədmir.  Vaşinqton Orta Aralıq Nüvə Qüvvələri Sazişindən çıxaraq nüvə raketlərinə nəzarət sahəsindəki bütün müqavilələrə təhlükə yaradır”-deyə Lavrov vurğulayıb.  



Әlaqәli Xәbәrlәr